Joze Mourinyo 3-cü dəfə "çelsi"nin "sükanı arxası"na keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" portuqaliyalı mütəxəssislə danışıq aparır.

London təmsilçisinin hazırkı baş məşqçisi Mauritsio Sarri "Yuventus"a keçə bilər. İtaliyalı mütəxəssisin vətəninə dönməsi reallaşarsa, Mourinyo ilə müqavilə məsələsi müzakirə olunacaq. 56 yaşlı çalışdırıcının meneceri Londonda klub rəhbərliyi ilə görüşüb.

Mourinyo ilə yanaşı, Frank Lempard, Massimiliano Alleqri, Erik ten Haq, Nunu Santu və Xavi Qarsiya da namizədlər sırasındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest