"Bizim üçün çox vacib oyun idi. 5 qol vurduq, yaxşı da futbol oynadıq. İstədiyimiz nəticə oldu". Matc.az saytının məlumatına görə, bu sözləri Slovakiya millisinin yarımüdafiəçisi Marek Hamşik deyib.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşan Slovakiya yığması 5:1 hesablı qələbə qazanıb.

Oyundan sonra jurnalistlərə qısa açıqlama verən rəqibin kapitanı fikirlərini bölüşüb. O, bu hesabın onlar üçün gözlənilməz olduğunu deyib: "Düzünü desəm, bu hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla, gözəl də qollar vurduq. Hesaba görə də xüsusi sevindik".

Hamşik bəzi oyunçuların "daha çox qol vura bilərdik" açıqlamasına da münasibət bildirib: "Əslində bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabın heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla əldə etdik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest