"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala komandasını dəyişmək fikrinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu komandadakı durumundan məmnun deyil.

Dibala, xüsusən də, Kriştianu Ronaldonun transferindən sonra ona qarşı münasibətin dəyişməsindən narazıdı. 26 yaşlı vinger "Mançester Yunayted" və "Bavariya"nın maraq dairəsindədi. İngilislər Pol Poqbanı satacağı təqdirdə, onun transferinə çalışacaq.

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm 42 oyunda 10 qol, 6 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest