"Mançester Yunayted"in qapıçısı David De Xea komandada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tərəflər hazırda yeni müqavilə məsələsini müzakirə edir.

PSJ-nin maraq dairəsində olan İspaniya millisinin qolkiperi "qırmızı şeytanlar"da qalmağa razıdı. Ancaq bunun üçün bəzi şərtləri var. 28 yaşlı qolkiperin əsas tələbi həftəlik məvacibinin 500 min funt-sterlinqə yüksəldilməsidi. Hansı ki, bu məbləği hazırda hücumçu Aleksis Sançes qazanır. Qapıçının hazırda həftəlik məvacibi isə 240 min funtdu.

Qeyd edək ki, David De Xeanın "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest