02 Noyabr 2025, 16:44
FUTBOL
İspaniya La Liqasının 11-ci turunda "Atletiko"nun "Sevilya" üzərində 3:0 qələbəsi Antuan Qrizmann üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, qarşılaşmada fərqlənən fransalı hücumçu çempionatdakı 200-cü qolunu vurub.
O, La Liqada bu saya çatan 6-cı legioner olub.
Qrizmanndan əvvəl La Liqada yalnız 5 əcnəbi futbolçu 200 qol vurib: Alfredo Di Stefano (Argentina, 227 qol), Huqo Sançes (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştiano Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).












