"İnter" yeni mövsümün ilk transferini reallaşdırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Soşo"nun yarımmüdafiəçisi Lüsyen Aqume İtaliyaya köçüb.

17 yaşlı hücumameyilli oyunçu ilə "Mançester Siti" və "Barselona" da maraqlanırdı. Lakin "neradzurra" bu mübarizədən qalib ayrılaraq, Fransanın U-17 yığmasının üzvünü heyətinə qatıb. Bu keçid italyanlara 6 milyon avroya başa gəlib.

Qeyd edək ki, Lüsyen Aqume ötən ildən "Soşo"nun əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest