Bu gün AFFA-nın Futbol Akademiyasında 2019-20 mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə treninq keçirilib.

Matc.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, treninqdə yeni klubun yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərinin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olub, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.

"Futbola Qoşul" onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest