Növbəti mövsüm üçün hazırlıqların ilk mərhələsinə start verən "Qarabağ" öz bazasında məşqlərini davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Bakı toplanışını yoxlama oyunu ilə başa vuracaq.

ölkə çempionu bürünc mükafatçı "Səbail"lə qarşılaşacaq. İyunun 15-də "Azərsun Arena"da baş tutacaq oyun saat 18:00-da start götürəcək. "Qarabağ" iyunun 18-də Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsinə start verəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində "Ludoqorets" (Bolqarıstan), "Krayova" (Rumıniya), "Ufa" (Rusiya) və "Viktoriya" (çexiya) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest