12 Noyabr 2025, 15:25
FUTBOL
"Valensiya"nın yarımmüdafiəçisi Xavi Qerra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.
"Mançester Yunayted" ispaniyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" 22 yaşlı oyunçu üçün 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək k ki, Xavi Qerra 2019-cu ilin yayında "Valensiya"nın akademiyasına qoşulub. İspaniya U-21 millisinin üzvü bu mövsüm "yarasalar"ın heyətində keçirdiyi 13 oyunda 2 qol vurub.












