12 Noyabr 2025, 19:30
FUTBOL
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.
Matc.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gəlib.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən matç rəqibin 6:1 hesablı qələbəsi ilə bitib.
Yığmanın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.




_1762973332.jpg)

_1762969557.jpg)





