DÇ-2026-nın seçmə mərhələsində Estoniyaya qarşı 4:1 hesablı qələbə qazandıqları oyunda iki dəfə fərqlənən hücumçu Erlinq Haland Norveç milli komandasında 53 qola çatdı.

Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu 53 qolu olan Fransa yığmasının hücumçusu Kilian Mbappe ilə eyni sayda qol vurub.

Mbappe bu göstəriciyə 93 oyunda nail ola bilib, lakin Halanda 47 matç kifayət edib.

Qeyd edək ki, Haland DÇ-2026-nın seçmə mərhələsində yeddi matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest