14 Noyabr 2025, 11:17
FUTBOL
"Beşiktaş" heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Barselona"da çıxış edən Mark-Andre ter Ştegendir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Beşiktaş" almaniyalı qolkiperi yanvar ayında heyətinə qatmaq istəyir. "Qara qartallar" 33 yaşlı "əlcək sahibi"ni icarəyə götürmək üçün İspaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Mark-Andre ter Ştegen bu mövsüm "Barselona"nın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.






 (1)_1763117688.jpg)





