14 Noyabr 2025, 12:15
FUTBOL
“Real”ın müdafiəçisi Trent Aleksandr-Arnold Madrid klubundakı rolundan narahatdır.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
27 yaşlı futbolçu hesab edir ki, baş məşqçi Xabi Alonso yay danışıqları zamanı ona müəyyən vədlər verib, lakin hazırda həmin vədlərə əməl etmir. Bu isə sağ cinah müdafiəçisinin komandadakı vəziyyətindən narazılığını getdikcə artırır.
Trent Aleksandr-Arnold cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə cəmi 7 matçda iştirak edib və aktivinə heç bir məhsuldar hərəkət (qol, assist) yazdırmayıb.







 (1)_1763117688.jpg)




