14 Noyabr 2025, 12:32
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Napoli" daha bir ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, İtaliya çempionunun aparıcı oyunçularından olan Frank Anqissa sıradan çıxıb.
29 yaşlı yarımmüdafiəçi Kamerun milli komandasının düşərgəsində ayaq əzələsindən ciddi zədə alıb. Təcrübəli oyunçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Neapol təmsilçisinin yarımmüdafiəçisi Kevin De Bruyne və hücumçu Romelu Lukaku suzun müddətlik sıradan çıxıb.
Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 26 noyabr tarixində İtaliyada baş tutacaq.








 (1)_1763117688.jpg)



