"Sauthempton" "Qalatasaray"dan icarəyə götürdüyü Elias Yelertlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, İngiltərə klubu danimarkalı futbolçunun transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Sauthempton"un məşqçilər korpusu Yelertin performansından məmnun deyil. 22 yaşlı sağ cinah müdafiəçisinin icarə müddəti bitmədən yanvar ayında "Qalatasaray"a qayıdacağı gözlənilir.

Qeyd edək ki, "Sauthempton" Elias Yelerti bu ilin avqust ayında icarəyə götürüb. Danimarka millisinin üzvü Çempionşip təmsilçisinin heyətində 4 oyunda 169 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest