"Qarabağ"dan ayrılaraq Polşaya qayıdan və Plotsk "Visla"sı ilə müqavilə bağlayan Yakub Jezniçakın şəxsi həyatında da dəyişiklik olub. 32 yaşlı futbolçu həyat yoldaşı Edita Zayaçdan boşanıb.

"Qarabağ"dan ayrılaraq Polşaya qayıdan və Plotsk "Visla"sı ilə müqavilə bağlayan Yakub Jezniçakın şəxsi həyatında da dəyişiklik olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 32 yaşlı futbolçu həyat yoldaşı Edita Zayaçdan boşanıb.

2016-cı ildə ailə həyatı quran cütlüyün münasibətinin Kuba Azərbaycana köçərkən korlanmağa başladığı bildirilir. Belə ki, o, 2017-ci ildə "Qarabağ"la anlaşmasına baxmayaraq, Zayaç Polşada qalmaq qərarına gəlib və orda telekanallardan birində çalışmağı üstün tutub.

"Legiya"nın sabiq oyunçusu yanvar ayında ayrılmaq istəsə də, sonradan münasibətləri yaxşılaşdırmaq üçün cütlük bir-birinə şans verib. Lakin onlar birlikdə çox yol qət edə bilməyib və nəhayət, boşanmaq qərarına gəliblər. Hətta vaxt itirməyən Jezniçak özünə yeni sevgili də tapıb. O, bu günlərdə Polşada "Candy Girl" kimi tanınan Barbara Hetmanska ilə eşq həyatı yaşayır. Futbolçu Polşa ilə İsrail arasında keçirilən son matçı da yeni sevgilisi ilə birlikdə tribunada izləyib. Edita isə Kubanı instaqramda izləmədən çıxarıb.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest