Dortmund "Borussiya"sı bir futbolçusu ilə yollarını ayırıb. Matc.az saytı xəbər verir ki, hücumçu Aleksandr İsak karyerasını İspaniyada davam etdirəcək.

İsveç yığmasının üzvü "Real Sosyedad"a keçib. San-Sebastyan klubu 20 yaşlı forvardla müqavilə imzalandığını açıqlayıb. Yeni komandası ilə 5 illik sözləşməyə qol çəkən İsakın transferi "Borussiya"ya 6,5 milyon avro qazandırıb.

Qeyd edək ki, Aleksandr İsak ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Villem II"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest