Hollandiya "Heerenven"i ilə qolsuz bərabərlikdən sonra rəqib ABŞ təmsilçisi "Çikaqo İqls" olub. Təəssüf ki, "Qəbələ" bu oyunda çoxsaylı imkanlardan, həmçinin penaltidən yararlana bilməyib və rəqibin yeganə zərbəsi qolla nəticələnib.

"Qəbələ"nin U-11 komandası Polşanın Krakov şəhərində keçirilən "Murapol Cup" turnirinin ilk günündə çıxışını başa çatdırıb. Matc.az saytının məlumatına görə, birinci görüşdə yerli "Yagelloniya"ya 0:1 hesabı ilə uduzan "Qəbələ" növbəti matçda daha bir Polşa komandası ilə görüşüb.

Bu dəfə Uğur Kişiyev və Hüseyn Xasməmmədlinin qolları sayəsində "Lexiya" üzərində qələbə qazanılıb - 2:0.

Hollandiya "Heerenven"i ilə qolsuz bərabərlikdən sonra rəqib ABŞ təmsilçisi "çikaqo İqls" olub. Təəssüf ki, "Qəbələ" bu oyunda çoxsaylı imkanlardan, həmçinin penaltidən yararlana bilməyib və rəqibin yeganə zərbəsi qolla nəticələnib.

Günün sonuncu matçına yorğun çıxan futbolçular "Mançester Yunayted"ə müqavimət göstərə bilmyib - 0:2.

Beləliklə, "Qəbələ" 4 xalla qrup mərhələsini 5-ci pillədə tamamlayıb. "Yagelloniya" (13 xal), "Heerenveen" (10), "Mançester Yunayted" (7) və "çikaqo İqls" (6) 1/4 finala vəsiqə qazanıblar.
Sabah 9-12-ci yerlər uğrunda mübarizədə ilk rəqibimiz "Rux" (Polşa) olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest