KONKAKAF Qızıl kuboku yarışında mübarizə davam edir. Matc.az saytının məlumatına görə, qrup mərhələsində I turun daha bir görüşü keçirilib.

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Geryenin şərəfini qoruduğu Haiti B qrupu çərçivəsində ilk sınağına çıxıb. Kosta-Rikadakı oyunda rəqib Bermuda olub. Bermuda ilk hissənin sonlarında hesabı açsa da, fasilədən sonra haitililər 2 qol vuraraq, əzmkar qələbə qazanıblar - 2:1.

Start heyətində meydana çıxan və 90 dəqiqəni əvəz edilmədən keçirən Gerye 75-ci dəqiqədə sarı vərəqə ilə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest