Mövsüm başa çatan kimi heyətində "təmizləmə işləri" aparan "Keşlə" artıq transfer çalışmalarını sürətləndirib. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi ilk əcnəbi keçidini reallaşdırmaq üzrədi.

Yay fasiləsində hələlik yalnız Rəşad Əzizli və Ruslan Qurbanovu heyətinə qatan sabiq "bankirlər" müdafiə xəttini əcnəbi futbolçu ilə gücləndirib. Belə ki, argentinalı mərkəz müdafiəçisi Franko Flores yeni mövsümdən "Keşlə"nin formasını geyinəcək.

Artıq iki gündü paytaxtımızda olan 26 yaşlı oyunçu tibbi müayinədən keçib. Hər şey normal olduğundan, onunla müqavilə imzalanması qərara alınıb. Müqavilə detalları hələlik bəlli olmasa da, Floresin gün ərzində "Keşlə" ilə münasibətləri rəsmiləşdirəcəyi dəqiqdi.

Qeyd edək ki, ilk peşəkar klubu "Argentinos Juniors" olan Franko Flores karyerası ərzində İspaniya, Meksika və Kiprdə legioner həyatı yaşayıb. ötən mövsümü Kipr "Alki"sində keçirən ucaboy futbolçu 28 matçda iştirak edib, 2 qola imza atıb.

***

15:11

Artıq "Keşlə" də bu keçidi rəsmən təsdiqləyib. Flores yeni komandası ilə 1 illik sazişə qol çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest