"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata gələcəyi ilə bağlı qərarını verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı orta sahə oyunçusu komandasında qalmaq qərarına gəlib.

Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıq olub və razılıq əldə edilib. 31 yaşlı futbolçu "qırmızı şeytanlar"la yeni 1 illik müqavilə imzalayacaq. Maraqlıdı ki, Mata yeni mövsümdə əvvəlkindən az maaş alacaq.

Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə ümumilikdə 29 oyun keçirən Xuan Matanın klubla sözləşmə müddəti bu ayın sonuna qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest