Azərbaycanı çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. Matc.az saytının məlumatına görə, sabah baş tutacaq püşkatma öncəsi UEFA komandaları ikisində 10, birində isə 12 olmaqla 3 qrupa bölüb.

Səpələnmişlər sırasında yer alan "Qarabağ" ikinci "onluq"da qərarlaşıb. Azərbaycan çempionu özü kimi səpələnmişlərdən olan "Seltik" (Şotlandiya), "Şerif" (Moldova), "Düdelanj" (Lüksenburq) və "Slovan" (Slovakiya) ilə bərabər reytinq baxımından daha zəif rəqiblə qarşılaşacaq.

Ağdamlıların potensial rəqibləri isə aşağıdakı komandalardı.

1. "Valetta" (Malta)

2. "Sarayevo" (Bosniya və Hersoqovina)

3. "Sutyeska" (Monteneqro)

4. "Partizani" (Albaniya)

5. "Saburtalo" (Gürcüstan)

Qeyd edək ki, püşkatma mərasimi sabah İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Birinci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab görüşləri isə 16-17 iyul tarixlərində keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest