"Barselona" PSJ-nin hücumçusu Neymarı komandaya qaytarmağa hazırdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun bunun üçün şərti var.

Belə ki, onlar 2017-ci ldə braziliyalının ayrılığı zamanı baş verən skandala görə, ondan üzr istəməsini gözləyir. Həmin ilin yayında "sambaçı" ayrıldıqdan sonra "Barselona"dan şikayət etmiş, əlavə bonus istəmişdi.

Qeyd edək ki, PSJ Neymarı satmağa hazır olduğunu bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest