"Derbi"nin baş məşqçisi Frenk Lempard tezliklə "çelsi"nin "sükanı arxası"na keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çempionşip təmsilçisi artıq bununla barışıb.

Klub rəhbərliyi indidən Lemparda əvəzləyici axtarışına başlayıb. Maraqlıdı ki, Lempardın "çelsi"yə gedişi təqdirində, onu keçmiş komanda yoldaşı Con Terri əvəz edə bilər. Yaxın iki gündə hər iki təyinatın açıqlanması gözlənilir.

Qeyd edək ki, Lempard və Terri 2001-2014-cü illərdə "çelsi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest