"Azərbaycanda ikiqat gümüş mükafatçı, kubokun finalçısı, yeni başa çatan mövsümdə isə qalibi olduq. Naxçıvandakı finalda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldik". Matc.az saytının məlumatına görə, bunu "Qəbələ"nin qapıçılar üzrə məşqçisi Aleksandr Qluşenko deyib.

Ukrayna mətbuatına müsahibə verən mütəxəssis ölkəmizlə bağlı xatirələrdən bəhs edib.

O, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində iştirak etdiyi mövsümü xüsusi vurğulayıb: "Qəbələ"nin Avropa Liqasının qrupunda oynadığını, Almaniya "Mayns"ı, Belçika "Anderlext"i kimi komandalarla qüvvəsini sınadığını, bunadək Fransa "Lill"i və Sloveniya "Marbor"u kimi rəqibləri təsnifat mərhələlərində keçdiyini bilirsiniz. Bunlar əvvəl Roman Qriqorçukun, sonra isə Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunun komanda şəklində qazandığı uğurlardı. Qurbanov da əvvəl Qriqorçukun köməkçisi olub. Roman İosifoviçi təqdim etməyə ehtiyac yoxdu. O, çox güclü taktik və strateqdi ki, bunun da sayəsində "Qəbələ" sabit şəkildə avrokuboklara yüksəlirdi. Onun məşqçilər korpusunda işləmək maraqlıdı. Qurbanov isə əvvəllər Dorinel Muntyanu və Yuri Syominin rəhbərliyi altında da işləmiş çox perspektivli məşqçidi. O, komandanı elə vaxtda qəbul etdi ki, onda ən yüksək hədəflər qalsa da, heyətin komplektləşməsinə yanaşma dəyişmişdi. Komanda ilə birlikdə Azərbaycan kubokunda finala vəsiqə qazanmaq və fəxri mükafatı əldə etmək ikiqat xoş idi. Məşqçilik baxımından hələ gəncdi, lakin artıq kifayət qədər təcrübəlidi. Mən onun səviyyəli mütəxəssis kimi inkişafına şübhə etmirəm. Onun rəhbərliyi altında komanda yüksək səviyyədə sabit oynamaq iqtidarındadı".

Qluşenko "Qəbələ"də birgə çalışdığı qapıçılar haqda da müsbət fikirlər səsləndirib: "İstedaddan və çalışmaqdan çox şey asılıdı. Təcrübəli Dmitri Bezotosnı və Anar Nəzirov, həmçinin gənc Murad Popovla əla anlaşmamız var idi. Popov bu mövsüm Azərbaycan gənclər yığmasına da dəvət olundu. Bu yığmada Ukraynada yaxşı tanınan Milan Obradoviç baş məşqçi kimi çalışır. üç il böyük ümidlər verən potensialda güclü olan qapıçını yetişdirmək üçün yetərli vaxtdı".

Azərbaycanla yanaşı, Qazaxıstanda da çalışmış 45 yaşlı məşqçi hər iki ölkədə istedadlı uşaqların olduğunu söyləyib: "Hər yerdə inkişaf prosesi gedir. İstedadlı uşaqlar hər yerdə var. Əsas təlim prosesini düzgün qurmaq və psixoloji cəhətdən düzgün yanaşmaqdı. Eyni zamanda vaxt vermək şərti ilə. Futbolun dili eynidi. Deməliyəm ki, Ukraynadan fərqli, Qazaxıstan və Azərbaycan futbolu yüksəlişdədi".

Qluşenko həmçinin artıq başqa klubda çalışmaq niyyətində olduğunu da gizlətməyib: "Hələ ki, ailəmlə birlikdə istirahət edirəm, dostlarımla görüşürəm. "Qəbələ"dən mənə zəng vurublar. Ancaq komanda inkişaf metodunu tamamilə dəyişir. Artıq öz akademiyalarının yetirmələrinə, gənclərə üstünlük verəcəklər. Büdcə ciddi şəkildə azaldılıb, əvvəlki şərtlər qalmayıb. Böyük hədəfləri və ambisiyaları olan ciddi layihədə çalışmaq istəyirəm. İşdən qorxmuram. Uzun səfərlərə də çıxa bilərəm, ailəm buna qarşı deyil. Bir sözlə, yeni çağırışa hazıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest