"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq"

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. çünki indi asan rəqib yoxdur". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticələrini dəyərləndirın təcrübəli yarımmüdafiəçi qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını qeyd edib: "Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Sperantsa" ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq".

Qeyd edək ki, "Neftçi" və "Sperantsa" arasında ilk oyun iyulun 11-i "Bakcell Arena"da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest