"Biz hər rəqibə hörmətlə yanaşırıq. Albaniya çempionuyuq və şübhəsiz ki, hədəfimiz mərhələ keçməkdir". Matc.az saytının məlumatına görə, bu sözləri "Partizani" klubunun idman direktoru Olsi Rama deyib.

UEFA çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Albaniya təmsilçisinin rəsmisi rəqibin adından çəkinmədiklərini və turu keçmək üçün mümkün olan hər şeyi edəcəklərini vurğulayıb: "Avropada mümkün qədər irəliləməyi planlaşdırırıq. "Qarabağ" beynəlxalq oyunlarda təcrübəsi böyük olan bir klubdur və işimiz heç də asan olmayacaq. Onların potensiallarını təqdir edirik, amma unutmayaq ki, futbol dəqiq elm deyil. Burada ən bahalı olan yox, ən yaxşı olan qələbə qazanır. Komandama güvənirəm".

Qeyd edək ki, iki komanda arasındakı ilk oyun iyulunun 9 və ya 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest