Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, püşkatma mərasimində "Liqa yolu" ilə mübarizə aparan Azərbaycan təmsilçiləri də potensial rəqiblərini tanıyıb.

Azərbaycan kubokunun qalibi "Qəbələ" birbaşa II mərhələdən yarışa qoşulacaqsa, Premyer Liqanın gümüş və bürünc mükafatçıları "Neftçi" ilə "Səbail" I raunddakı rəqibi üstələməlidilər. Belə olarsa, təmsilçilərimizin potensial rəqibləri aşağıdakı kimi olacaq...

 

Avropa Liqası

II təsnifat mərhələsi

Liqa yolu

"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Gürcüstan) - "La Fiorita" (San-Marino)/"Enqordani" (Andorra) cütünün qalibi

"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan)/"Sperantsa" (Moldova)

"Honved" (Macarıstan)/"Jalgiris" (Litva) - "Səbail" (Azərbaycan)/"Universitatya Krayova" (Rumıniya)
 

Qeyd edək ki, II raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest