"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Marsel"də çıxış edən Yusuf Sarını transfer edib.

20 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Fransada anadan olan Yusuf Sarı, məhz "Marsel"in yetirməsidi. O, 2017-ci ildə Fransa təmsilçisi ilə peşəkar müqavilə imzalamışdı.

ötən mövsümü icarə əsasında Liqa2 təmsilçisi "Klermon"da keçirən futbolçu Türkiyənin U-21 yığmasının da formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest