2022-ci ildə keçiriləcək dünya çempionatının ev sahibi dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, FIFA mundialı Qətərdən almağı planlaşdırır.

Buna səbəb dünya çempionatının ev sahibi seçimi ilə bağlı korrupsiya qalmaqalının və müxtəlif rüşvət söz-söhbətinin yaranmasıdı. Ali futbol qurumu təşkilatçı ölkənin dəyişdirilməsi üçün təcili toplantı keçirə bilər. FIFA hətta mundiala ev sahibliyi etməyə hazır ölkə axtarışına başlayıb və gizli görüşlər keçirir.

Dç-2022-nin Qətərə həvalə edilməsi 2010-cu il dekabrın 2-də Sürixdəki iclasda qərara alınıb. ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya da namizəd ölkələr idi.

Qeyd edək ki, bu günlərdə UEFA-nın sabiq prezidenti Mişel Platini Dç-2022-nin Qətərə verilməsi üçün rüşvət aldığı iddiası ilə ifadə vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest