"Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdü, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odu ki, Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq".

"Ağır məşqlərin fonunda oyun keçirdik". Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov deyib.

Türkiyədə təlim-məşq toplanışında olan "ağ-qaralar" ilk yoxlama görüşündə Rusiya təmsilçisi "OİK-Xabarovsk" üzərində 3:1 hesablı qələbə qazanıb.

Klubun rəsmi saytına açıqlamasında matçı dəyərləndirən ilk qolun müəllifi bunun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib: "Düzdü, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odu ki, Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest