"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo kubunu dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" və "çelsi"dən sonra PSJ də ulduz futbolçuya "elçi düşüb".

Braziliya millisinin üzvü özü Parisə köçməyi daha çox arzulayır, nəinki İngiltərəyə qayıtmağı. "Mançester Yunayted"ə sabiq "Liverpul"lu olaraq müsbət yanaşmayan Koutinyonun "çelsi" variantı isə FİFA-nın transfer qadağasını ləğv edib-etməməsindən asılıdı.

"Sambaçı"nın gedişinə etiraz etməyən Kataloniya klubu ondan Neymarın transferində yararlanmaq niyyətindədi. Belə ki, "Barselona" Neymara qarşılıq PSJ-yə 100 milyon avro və Koutinyonu təklif edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest