22 İyun 2019, 20:40
DİGƏR
Azərbaycan akrobatları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında daha bir medal əldə edib. Matc.az xəbər verir ki, Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihidən ibarət qarışıq cütlük balans hərəkətlərində qüvvəsini sınayıb.
Təmsilçilərimizin çıxışı 28,160 xala layiq görülüb. Onlar bu göstərici ilə bürünc medal qazanıblar. Yarışın qalibi belaruslular Olqa Melnik və Artur Belyakov olub. Rusiya idmançıları Viktoriya Aksyonova və Kirill Startsev isə "gümüş" əldə edib.
Qeyd edək ki, bu, idmançılarımızın Minskdə qazandığı 4-cü medal olub. Komandamız indiyə qədər 1 gümüş, 3 bürünc medal qazanıb.