Mauro İkardi yeni mövsümdə "İnter"də çıxış etməyə bilər. Matc.az saytının məlumatına görə, bu barədə iddia ilə "Corriere dello Sport" nəşri çıxış edib.

Bildirilib ki, argentinalı hücumçu milanlıların yeni baş məşqçisi Antonio Kontenin planlarına daxil deyil. Oyunçunun xanımı və eyni zamanda agenti olan Vanda Nara ilə görüşən Konte ona bildirib ki, həyat yoldaşı üçün yeni klub axtarsın.

İkardinin xidmətində "Yuventus", "Roma" və "Napoli"nin maraqlı olduğu bildirilib.

"İnter" isə onun boşluğunu "Mançester Yunayted"dən Romelu Lukaku ilə doldurmaq fikrindədi.

Qeyd edək ki, geridə qalan mövsümdə 29 dəfə "İnter" forması ilə meydana çıxan İkardi 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest