"Lester"in müdafiəçisi Harri Maquayr gələcək taleyi ilə bağlı qərarını verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı futbolçu "Mançester Siti"yə keçəcək.

İngiltərə millisinin üzvü ilk olaraq "Mançester Yunayted"dən təklif almasına baxmayaraq, "qırmızı şeytanlar"a yox cavabını verib. O, əvəzində "şəhərlilər"in təklifini müsbət dəyərləndirib və tərəflər razılığa gəlib. Maquayrın Premyer Liqa çempionuna keçidinin bu həftə rəsmiləşməsi gözlənilir.

Transfer "Lester"ə 90 milyon avro qazanc gətirəcək. Bununla Maquayr dünyanın ən bahalı müdafiəçisi ünvanına yiyələnəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest