"Sevilya"nın yarımmüdafiəçisi Kvinsi Promes Hollandiyaya köçür. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı futbolçu "Ayaks"a keçir.

Hollandiya millisinin üzvü Amsterdam təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. O, yetirməsi olduğu kluba görə, bir neçə xarici klubun təklifini rədd edib.

Qeyd edək ki, Kvinsi Promes "Sevilya"ya ötən il Moskva Spartak"ından keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest