Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin taleyinə aydınlıq gəlib. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, forvard növbəti mövsümü də Premyer Liqada keçirəcək.

23 yaşlı oyunçu konkret olaraq "Krılya Sovetov"dakı çıxışını davam etdirəcək. çünki Ramil Samara təmsilçisi ilə yeni müqavilədə razılaşıb. Yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. Lakin sözləşmənin müddəti barədə məlumat verilməyib.

Hücumçumuz Avstriyada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə bu gün qoşulacaq. Yeni müqavilənin də bundan sonra imzalanması gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm keçirdiyi 18 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest