Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Okjetpes"lə keçirdiyi görüşün ən yaxşıları arasında olub. Matc.az klubun rəsmi saytına istinadən məlumatına görə, XV turdakı 2:0 hesablı qələbənin ardından Balayev seçilən 3 oyunçudan biri olub.

Həmin qarşılaşmada qapısına gələn 4 topu da dəf edən 25 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 270 xalla 2-cü yeri tutub. Oyunda "Tobol"un ən yaxşısı Jaba Kankava olub (304 xal). Fernander Kassay isə 246 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, "Tobol" 15 turdan sonra "Astana" ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest