"Real" mərkəz müdafiəçisi Din Höysenin zədəsi ilə bağlı məlumat paylaşıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, keçirilən tibbi müayinələrdən sonra Höysenin sağ baldırında əzələ zədəsi diaqnozu qoyulub. Onun sağalması yaxından izləniləcək.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest