Avropa Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Paytaxt təmsilçisi bu gün növbəti yoxlama görüşünə çıxacaq. Roberto Bordin yetirmələrini "Politexnika İaşi" ilə qarşılaşmada sınayacaq.

Avropa Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün növbəti yoxlama görüşünə çıxıb.

Roberto Bordin yetirmələrini "Politexnika İaşi" ilə qarşılaşmalı olsa da, görüş yarımçıq qalıb. Belə ki, "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında başlamış oyun 11-ci dəqiqədə güclü duman səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, ilk yoxlama görüşündə "OİK-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi" iyunun 30-da Ukrayna "Vorskla"sı ilə üz-üzə gələcək.

 

Yoxlama görüşü

26 iyun

"Neftçi" - "Politexnika İaşi" (Rumıniya) - 0:0 (yarımçıq qaldı)

"Neftçi": 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest