"Barselona"nın vingeri Usman Dembele yenidən Almaniyada çıxış edə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Bavariya" fransalı futbolçunun xidmətində maraqlıdı.

Münhen təmsilçisi "Mançester Siti"dən Leroy Saneni almağa çalışsa da, ingilislər buna heç cür razılıq verməyib. Sanedən artıq əli üzülən almanlar B planı olaraq Dembele ilə danışığa başlayıb. Futbolçunun meneceri və "Barselona" ilə təmas qurulub. Kataloniya təmsilçisi də Neymarın transferi üçün bu keçidə qarşı deyil.

Qeyd edək ki, Usman Dembele 2016-17 mövsümündə Almaniyada Dortmund "Borussiya"sının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest