2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Gənc müdafiəçi Bəhlul Mustafazadə bundan sonra bakılıların uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc müdafiəçi Bəhlul Mustafazadə bundan sonra bakılıların uğurları üçün çalışacaq.

22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. "Qəbələ" FK-nın yetirməsi olan Bəhlul peşəkar karyerasında bu komandadan başqa "Sumqayıt"ın uğurları üçün çalışıb. Mustafazadə ötən mövsüm "Qəbələ"də çıxış edib.

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest