"Benfika"nın hücumçusu Joao Feliks "Atletiko"ya transfer edilib. Madrid təmsilçisi Portuqaliya millisinin üzvünün keçidi müqabilində qarşı tərəfə 126 milyon avro ödəyib. 19 yaşlı oyunçunun keçidini ispanlar bu gün açıqlamağı planlaşdırırlar.

"Benfika"nın hücumçusu Joao Feliks "Atletiko"ya transfer edilib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliya klubu rəsmən yayıb.

Madrid təmsilçisi Portuqaliya millisinin üzvünün keçidi müqabilində qarşı tərəfə 126 milyon avro ödəyib. 19 yaşlı oyunçunun keçidini ispanlar bu gün açıqlamağı planlaşdırırlar. Feliks bununla "Atletiko" tarixinin ən bahalı oyunçusuna çevrilib.

Futbolçunun meneceri Jorje Mendeş məbləğin 30%-nə sahib çıxacaq. Feliksin yeni komandasında illik məvacibi isə 6 milyon avro olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest