Azərbaycanı çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi 8-ci günü tək məşqlə başa vurub.
Bakı vaxtı ilə 20:00-da start götürən hazırlıqda futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.
Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində sabah "Ufa" (Rusiya), iyulun 2-də isə "Viktoriya" (çexiya) ilə yoxlama görüşü keçirəcək.