İsveç Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Qrem Potterin müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2030-cu ilə qədər qüvvədədir. Potter 2025-ci ilin oktyabr ayından bəri İsveç milli komandasını çalışdırır. Hazırda o, komandanı cəmi iki oyunda çalışdırıb və heç bir qələbə qazanmayıb (bir heç-heçə və bir məğlubiyyət).

Xatırladaq ki, İsveç 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offunun yarımfinalında Ukrayna ilə üz-üzə gələcək. Bu matçın qalibi Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest