"Sabah"la anlaşan Cənubi Afrika Respublikasının (CAR) futbolçusu Hendrik Eksteyn Azərbaycana yollanıb. Matc.az xəbər verir ki, bunu yarımmüdafiəçinin meneceri Palesa Mkize deyib.

O, yerli mətbuata açıqlamasında Eksteynin "Sabah"la müqavilə müddətini də söyləyib. Menecer 28 yaşlı orta sahə oyunçusunun bakılılarla 2 illik sözləşməyə qol çəkdiyini vurğulayıb.

Mkize müştərisinin yeni komandasına qoşulduğunu da əlavə edib: "Eksteyn ölkə xaricində legioner həyatı yaşamaq istəyirdi. Bu arzusunu gerçəkləşdirdiyi üçün çox həyəcanlıdı. "Sabah"ın müqavilə şərtləri CAR klublarının təklif etdiyindən yaxşı idi. Bu keçid Eksteynin daha yaxşı işlər görməsi üçün bir addımdı".

Qeyd edək ki, Hendrik Eksteyn son klubu "Kayzer çifs"dən apreldə ayrılıb və ilk dəfə legioner həyatı yaşayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest