"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Arsenal"ın "Zenit"in hücumçusu Anton Zabolotnını transfer etmək cəhdi alınmayıb. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Tula təmsilçisinin təklifi Sankt-Peterburq klubunu qane etməyib.

"Arsenal" onu birillik icarəyə götürməyi planlaşdırırdı. Əvəzində Rusiya millisinin üzvü Premyer Liqanın debütantı "Soçi"yə satılıb. Onunla yanaşı, "Zenit"in müdafiəçisi İvan Novoseltçev də "Soçi"də çıxış edəcək.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest