İyulun 1-dən 3-dək Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində futzal və çimrəlik futbolu hakimlərinin təlim-məşq toplanışı olacaq. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Hakimlər Komitəsinin təqdim etdiyi toplanış proqramı da müəyyənləşib.

Toplanışa Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik, üzv Elçin Məmmədov, fitnes məşqçiləri Namiq Quliyev və Rüstəm Rüstəmli rəhbərlik edəcəklər. Proqramda iştirakçıların geyim dəstindən, nəyə diqqət etmələrinə qədər hər şey göstərilib.

Toplanışa dəvət olunan hakimlər bunlardı: Elvin Ağayev, Vüsal Balaşov, İsgəndər Əliyev, Azər Əsgərov, Anar Fərəcov, Fuad Həsənov, Rahin Heybətov, Azad Hüseynov, Mehman Mahmudov, Ramiz Məhərrəmov, Kənan Məlikov, Mahir Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ramil Namazov, Maya Nəbiyeva, Ziya Nəsirov, Hikmət Qafarlı, Elmir Quluzadə, Nahid Xasıyev, Nail Nağıyev.

Bundan başqa, Elçin Səmədli və Murad Məmmədov seminarda müəllim, Füzuli Nəcəfov və Ramiz Əsədov isə təlimçi kimi iştirak edəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest