İqor Yovanoviçin "Keşlə"yə keçidi baş tutmayıb. Matc.az xəbər verir ki, mərkəz müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.

Məsələ burasındadı ki, "Sepsi"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan 30 yaşlı xorvat "Keşlə" ilə 1 illik müqaviləni razılaşdırsa da, son anda "Panetolikos"la sözləşmə imzalayıb.

O, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest