"Zirə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi İlkin Muradovla müqavilə yenilənib.

Anlaşmaya əsasən, gənc yarımmüdafiəçi daha 3 il qəsəbə təmsilçisinin formasını geyinəcək. 23 yaşlı oyunçu 2015-ci ildən bakılıların şərəfini qoruyur.

Qeyd edək ki, "Zirə" buna qədər Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov, Adrian Skarlatake və Xulio Sezar Rodrigeslə yeni müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest